İlon Maskın "Twitter"ə görə BAŞI DƏRDDƏ - Məhkəməyə veriləcək

İlon Maskın

"Tesla" və "Space X"in qurucusu İlon Mask "Twitter"i almaq qərarından vaz keçib.

 

Sfera.az xəbər verir ki, məşhur investor 44 milyard dollarlıq tarixi alış təklifini geri çəkib.

 

İlon Mask qərarını dəyişməsinə səbəb kimi  "Twitter"dəki  saxta hesabların sayı ilə bağlı məlumatların doğru göstərilməməsini qeyd edib.

 

Bu açıqlamadan sonra "Twitter"in İdarə Heyətinin sədri Bret Teylor İlon Maskı satınalma müqaviləsinə əməl etmədiyinə görə,  məhkəməyə verəcəklərini və qazanacaqlarına əmin olduğunu bildirib. Maskın bu addımından sonra "Twitter"in səhmlərinin qiyməti enib. 

 

Mütəxəssislərin fikrincə isə Maskın imtinasının əsas səbəbi “Tesla" səhmlərinin dəyər itirməsidir. Digər tərəfdən, İlon Maskın "Twitter" səhmlərini aşağı salmaq və investorları çaşdırmaq ittihamı ilə mühakimə olunacağı bildirilib.

 

Qeyd edək ki, əvvəllər Twitter səhmlərinin 9,2 faizini alan İlon Mask aprelin 14-də bütün Twitteri alacağını bildirmiş və bir səhm üçün 54,2 dollar təklif etmişdi.

 

Vəsilə İbrahim

Sfera.az


OXŞAR XƏBƏRLƏR