Tanınmış aktrisa cinsiyyətini dəyişdi: Onu görənlər şok oldu - FOTOLAR

Tanınmış aktrisa cinsiyyətini dəyişdi: Onu görənlər şok oldu - FOTOLAR

Tanınmış türkiyəli aktrisa cinsiyyətini dəyişdirib.

 

Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, "İlişki durumu karışık” serialında Güləndam obrazı ilə tanınan Aybike Esin Tumluer cinsiyyətini dəyişib.

 

O, son halı ilə hər kəsi təəccübləndirib.

 

Atlas Karan Tumluer kimi həyatına davam edən məşhur aktyor yeni sosial şəbəkə hesabında son görüntülərini paylaşıb.

 

Atlas Karan Tumluer İstanbul Dövlət Teatrının aktyorlarından biri kimi həyatını davam etdirir.

 

Onun dəyişikliyi ilə bağlı suallara cavabları belə olub:

 

Dəyişiklik prosesi nə vaxt başladı?

 

4 il əvvəl başladı, amma mən həmişə belə olmuşam.

 

Nə vaxt əməliyyat olundunuz?

 

2 il əvvəl əməliyyat olundum.

 

Necə oldu ki, bu barədə xəbərlər yayılmadı?

 

Ağıllıyam, bunu elan etməmişəm, hər şeyin tamamlanmasını istəyirdim və xoşbəxtəm.

 

 

İnci

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR