Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

Sevda geyimlərinin qiymətini açıqlayan həmkarlarını tənqid etdi

"Səyahətlərə gedəndə maraqlı görüntülər çəkir, insanlara göstərirəm. Hər adamın imkanı yoxdur gedib görsün. Deyirlər yutub açın, video paylaşın. Buna vaxt lazımdır, çətindir. Amma instaqram və feysbukda çalışıram bölüşüm".

 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi həyat yoldaşı Zakir Bayramovla münasibətlərindən və səyahətlərindən danışıb:

 

"Zakir Bayramov necə görünürsə elədir: mehriban, zarafatçıl, söhbətçildir. Səyahəti çox sevir. Xasiyyətimizdə uyğunluq var. Gözə, nəzərə inanıram, bu var. Amma özümü bundan qorumuram. Hərdən üzərlik yandırıram. Dua edəndə deyirəm ki, Allah bizi pis gözlərdən və insanlardan qorusun". 

 

Sevda şou-biznesin geyimlərinin qiyməti ilə öyünən simalarını tənqid edib:

 

"Sevmirəm göstərişi. Nəyinsə qiymətini açıqlamaq, öyünmək mənə yaddır. İndiyənə kimi nəyiminsə qiymətini açıqlamamışam. Hər dəfə soruşublar, amma deməmişəm. Kimsə deyəndə pis də qarşılamıram. Öyünmürəm ki, pencəyimin, ayaqqabımın bu qədər qiyməti var. Yaxşı layihəmlə öyünərəm, bu daha üstündür".


OXŞAR XƏBƏRLƏR

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...