Azərbaycanda bu vəzifədə olanların sayı azaldılıb: Əvvəl 257 idi, indi isə...
Bu ilin əvvəlinə olan məlumata əsasən Azərbaycanda yerli icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışan 220 nəfər var.
Sfera.az xəbər verir ki, 2016-cı ildə müavinlərin sayı 257 idi.
İcra başçısı müavinlərinin 32-si paytaxtda, 19-u Naxçıvan Muxtar Respublikasında vəzifə tutur. Əksər şəhər və rayonlarda müavinlərin sayı 2 və ya 3-dür.
Müavinlərin birinin yaşı 30-dan azdır, 18-nin yaşı isə 65-dən yuxarıdır. Ən cavan müavin Naxçıvan Muxtar Respublikasında çalışır.
İcra başçılarının müavinlərinin 72-si qadındır. Xamın müavinlərdən ən cavanlarının yaşı 30-34 aralığındadır. Bu yaşda 4 qadın müavin var. Daha yaşlı qadın müavinlərin sayı 2-dir.
Müavinlərin əksəriyyəti dövlət qulluğunda stajı yüksək olan şəxslərdir. Onların 107-si 15 il və daha çox staja sahibdir. Lakin aralarında stajı cəmi 1 il olan 3 müavin də var.
Vasif
Sfera.az