Üç məktəbli selfiyə qurban getdi
Hadisə
23:41 / 27.08.2016
3484
Hindistanın mərkəzindəki Şinqva kəndinin yaxınlığındakı göldə üç məktəbli batıb. Onlar "yaxşı" selfi çəkmək istəyirdilər.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 15-16 yaşında olan 5 yeniyetmə burada ad günün qeyd edirdilər.
Onların üçü selfi çəkmək üçün göl sahilindəki yarğanın kənarında durublar. Onlar sürüşüblər və suya düşərək boğulmağa başlayıblar.
Sahildəki yeniyetmələrdən kimsə üzə bilmədiyi üçün batanları xilas etmək mümkün olmayıb.