İstanbulda üçüncü “Asma körpü”nün açılışı - FOTOLAR
Publika.az xəbər verir ki, dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, sabiq prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin bəzi xarici ölkələrin yüksək səviyyəli dövlət rəsmiləri qatılıblar.
Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edir.
Çıxışlardan sonra körpünün açılışı olacaq.
Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb.
IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü”sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Körpüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.
Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.
Ekspertlər "Asma körpü”nün İstanbul tıxacını azaldacağını düşünürlər.
Qeyd edək ki, indiyədək İstanbulda iki "Asma körpü” fəaliyyət göstərirdi.