Lotereya oyunlarında uduş fondu ilə bağlı minimum hədd gözlənilməlidir - Ekspert 

Lotereya oyunlarında uduş fondu ilə bağlı minimum hədd gözlənilməlidir - Ekspert 

“Lotereya oyunlarında uduş fondu ilə bağlı minimum tələb qanunvericiliklə tənzimlənir. Qanun tələb edir ki, uduş fondu biletlərin ümumi dəyərinin 50 faizdən az ola bilməz. Ölkəmizdə bu tələb gözlənilir və mövcud uduş fondları 50 faizdən yüksəkdir.”

 

Bunu iqtisadçı-ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib. X.Kərimli söylədi ki, qanunvericilikdəki 50 faiz tələbi uduş fondunun minimum limitini müəyyən edir:

 

“Qanunun bu tələbinə görə lotereya oyununu keçirən şirkət biletlərin dəyərinin ən azı yarısı qədərində uduş fondu müəyyən etmək səlahiyyəti var. Oyunu təşkil edən qurumlar bu zaman minimum 50 faiz, yaxud toplanan vəsaitin daha çox hissəsini uduşa yönəltməkdə tam sərbəstdir. Şirkət lotereya oynayanları həvəsləndirmək üçün uduş fondunu artıra, hətta oyunu təşkil edən qurumun şəxsi vəsaitləri də yönəldilə bilər. Uduş fondu ilə bağlı maksimum limit yoxdur, yalnız minimum hədd var və buna əməl etmək lazımdır”.

 

X.Kərimli hesab edir ki, dövlət şirkəti olan “Azərlotereya”nın Türkiyənin tanınmış özəl şirkətinə idarəetməyə verilməsindən sonra bu sahədə peşəkar menecment işi tətbiq olunur, lotereya oyunlarının təşkili peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.

 

Onun fikrincə, uduş fondları idarəetməyə götürən türk şirkətinin strategiyasına, aparılan araşdırmalarına əsasən müəyyən edilir:

 

“Əlbəttə ki, şirkət lotereya satışından yığılan pulun hamısını uduşa yönəldə bilməz. Şirkətin inzibati xərcləri var, hər oyunla bağlı çəkilişlərə görə, reklamla əlaqədar xərclər var, bundan başqa “Azərlotereya”nın mənfəəti və dövlətə ödədiyi vergilər var. Lotereyanı təşkil edən qurum uduş fondunu müəyyən edən zaman bu xərc maddələrini hökmən nəzərə alır”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyons Nyu Yorkdakı konsertdə xəz paltoda çıxış edib - FOTO

Beyons Nyu-York konsertinə kultnalı xəz palto geyinib. Bu yaxınlarda ulduz Nyu-Yorkda verdiyi konsertdə Lvov brendi “Cultnaked”in kürkünü geyinərək ...

İçəriyə bomba qoyulduğunu iddia edən sərnişin təyyarədə xaosa səbəb olub - FOTO

Avropa səmasında təyyarənin qapısını açmağa çalışan sərnişini üç nəfər saxlayıb. Hadisədən sonra kapitan ən yaxın hava limanına planlaşdırılmamış eniş etməyə mə...

İtlərin böyütdüyü Oksana Malayanın qeyri-adi hekayəsi - FOTO

Bəzi uşaqlar yalnız itləri təqlid etməklə əylənirlər. Lakin Oksana Malaya üçün bu, oyun deyil, sağ qalma yolu idi. Ailəsi tərəfindən baxımsız qalan bu kiçik qız...

40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

1978-ci ilin yayında Rusiyada Cənubi Sibir meşələrində mineral kəşfiyyat ekspedisiyası alimləri heyrətə gətirib.   Sfera.az bu yazıda sizə 40 il sivi...

Prezident 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.   Sfera.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərba...