İtaliyada güclü zəlzələ: 73 nəfər ölüb - FOTOLAR/VİDEO (YENİLƏNİR)

İtaliyada güclü zəlzələ: 73 nəfər ölüb - FOTOLAR/VİDEO (YENİLƏNİR)
İtaliyada zəlzələ qurbanlarının sayının artaraq 73 nəfərə çatdığı bildirilir.

Bu barədə İtaliya Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi İmmakolata Postilyone bildirib.

İktin düşənlərin sayı barədə hələ dəqiq məlumat verilmir. Təqribən 100 nəfərin xəsarət aldığı deyilir.

 

***

İtaliyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

 

***

Son məlumatlara görə, zəlzələ 45 insanın həyatına son qoyub. Daha 100 nəfər itkin hesab edilir.

 

Seysmoloqlar ilk zəlzələ ilə müqayisə edilə bilən yeni yeraltı təkanları istisna etmirlər.

 

***

İtaliyada zəlzələ qurbanlarının sayı 24-ə çatıb.

 

"La Repubblica” qəzetinin yazdığına görə, 100-dən çox insandan xəbər yoxdur. Nəşrin yazdığına görə, zəlzələdən yolların dağılması fəlakətin yerində axtarış-xilasetmə əməliyyatın həyata keçirilməsində çətinlik yaradır.

 

***

 

Zəlzələnin gücünü İtaliyanın bir çox şəhəri hiss edib. Zərbə dalğası ölkə paytaxtı Romaya qədər çatıb. Şəhər meri Sercio Pirotssinin sözlərinə görə, vəziyyət zəlzələdən sonra yaranan sürüşmə ilə daha da mürəkkəbləşib.

 

"Şəhərə gələn və gedən bütün yollar kəsilib. Şəhərin yarısı yox olub. İnsanlar dağıntıların altındadır”, - Pirotssi dövlət telekanalı RAI-nin efirində bildirib.

 

Şəhərə hazırda xüsusi texnika göndərilib. Zəlzələnin qurbanları haqqında informasiyalar hələ ki azdır. Hakimiyyət altı nəfərin həlak olmasını təsdiq edib. Amma KİV bildirir ki, ən azı 14 insan həlak olub. Bəzi məlumatlarda ondan çox insan həlak olduğu bildirilir.

 

Daha iki nəfər Arkuata-del-Trontoda təbii hadisənin qurbanı olub. Peskara-del-Tronto şəhərciyində uşaq həlak olub. Onun valideynlərinin indiyə qədər dağıntıların altında olduğu bildirilir. Qurbanların artacağı istisna edilmir.

 

"Mən zarıltıları və qışqırıqları eşidirəm, amma heç nə edə bilmirəm. İnsanlar dağılmış evlərin altındadır. Bizə insanları dağıntıların altından çıxarmaq üçün mütəxəssislər lazımdır”, - şəhərin meri deyib.

 

Başqa şəhərlərdə də həmçinin ciddi dağıntılar qeydə alınıb, yaralılar var. Milli Mülki Müdafiə Xidmətinin başçısı Fabritsio Kurço jurnalistlərə bildirib ki, zəlzələ ən azı üç əyalətə - Askoli Piçeno, Fermo və Maçerataya zərər vurub.

 

***

 

İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində qeydə alınan 6,2 bal zəlzələ nəticəsində ilkin məlumatlara görə 2 nəfər həyatını itirib.

 

"Report"un məlumatına görə, şəhər meri Sercio Pirotssi televiziya vasitəsi ilə çıxış edərək bildirib ki, şəhər binalarına ciddi ziyan dəyib, dağıntılar altında insanlar ola bilərlər.

 

"Baxın, bəzi binalar tamamilə dağılıb, biz ümid edirik ki, yardım alacağıq", - deyə o bildirib.

 

Merin sözlərinə görə, dağılmış binaların altında qala bilən insanlara çatmaq üçün şəhərə ağır texnika lazımdır.


 

 

Fotoları təqdim edirik:

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...