Okan Bayülgen xəstəxanalıq oldu

Okan Bayülgen xəstəxanalıq oldu

Türkiyəli şoumen Okan Bayülgen ötən gün rol aldığı "Amadeus" teatr tamaşası üçün səhnəyə çıxmağa hazırlaşarkən xəstəxanalıq olub. 

 

Sfera.az bildirir ki,  58 yaşlı  məşhurun ürək spazmı keçirdiyi ortaya çıxıb. Müayinələrdən sonra səhhətində qorxulu heç bir problemin olmadığı bildirilən Bayülgen bir gün evdə dincəldikdən sonra yenidən işə başlayıb. 

 

Qeyd olunub ki, şoumen bu ayın sonunda təxirə salınmış "Amadeus" tamaşası üçün səhnəyə çıxacaq. 

 

Qeyd edək ki, Okan Bayülgen və Selçuk Metodun rol aldığı “Amadeus” tamaşasında Mozartın hekayəsindən bəhs edilir.

 

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR