Alimlərdən infarkt riski ilə bağlı yeni açıqlama: Səhər ereksiyası yaşayan kişilər...

Alimlərdən infarkt riski ilə bağlı yeni açıqlama: Səhər ereksiyası yaşayan kişilər...

Belçikada aparılan və “Age and Aging” jurnalında dərc olunan araşdırma beynəlxalq ictimai rəydə böyük əks-səda doğurub.

 

Sfera.az bildirir ki, Leuven Katolik Universitetinin tədqiqatlarına əsasən, səhərlər ereksiyası (penisin sərtləşməsi) ilə oyanan kişilərin infarkt və ürək sağlamlıq problemləri riskinin daha az olduğu ortaya çıxıb.

 

Mütəxəssis  Leen Antonio, "İqtidarsızlıq  və səhər ereksiyasına malik olmamaq daha yüksək ölüm riski ilə əlaqələndirilir", - deyə söyləyib. Elm adamları, həmçinin səhər saatlarında dik penisi olan kişilərin infarkt və ürək xəstəliyi riskinin 22 faiz azaldığını açıqlayıblar. Tədqiqat zamanı  keçirilən sorğuda 1 800 kişi (orta yaşlı və yaşlı) iştirak edib.

 

Araşdırma barədə Britaniya mediasına danışan professor Gif Hakett, "Səhər ereksiyasının itirilməsi damarların və ürəyin düzgün işləmədiyinə işarədir", - deyə bildirib. Mütəxəssislər gecə saatlarında ereksiya olmasının qan dövranı sisteminin yaxşı işləməsinə işarə olduğuna da diqqət çəkiblər.

 

 
Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR