Amber Hördə daha bir zərbə: Səbrsizliklə gözlənilən filmin heyətindən çıxarıldı 

Amber Hördə daha bir zərbə: Səbrsizliklə gözlənilən filmin heyətindən çıxarıldı 

Conni Deppə məhkəmədə uduzan aktrisa və model Amber Hördə daha bir zərbə vurulub.

 

Sfera.az bildirir ki, ABŞ mətbuatında yer alan iddialara görə, Hörd "Aquaman The Lost Kingdom" filminin heyətindən çıxarılıb. Buna səbəb kimi isə rol yoldaşı Ceyson Momoa ilə uyğunlaşmadığı əsas gətirilib. Amberin canlandırdığı Mera obrazına başqa bir məşhur aktrisa seçiləcək. İddialara görə,  “Warner Bross” şirkəti tezliklə Ceyson Momoa və Nikol Kidman ilə bəzi səhnələri yenidən çəkəcək.

 

Lakin yayılan məlumatlar aktrisanın sözçüsü tərəfindən təkzib edilib. O,  ulduzun filmdən çıxarılma iddiasını "yalan və mənasız” adlandırıb. Bu təkzibdən sonra mətbuatda, “Amber Hörd aktyor heyətindən tam uzaqlaşdırılmayıb, onun hələ də filmdə kiçik rolu var”, deyə qeyd olunub.

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR