Vaqif Əsədov: \"Şükürlər olsun ki, xidmətimi başa vurub təqaüdə çıxa bildim\"

Vaqif Əsədov: \

Təqaüdə göndərilən polis polkovniki Vaqif  Əsədov təqaüdə getməsi ilə bağlı məlumat almaq istəyən media nümayəndərləinə və vətandaşlara müraciət ünvanlayıb.

 

Sfera.az sözügedən müraciətin mətnini təqdim edir:

 

 “Salam, vaxtınız xeyir gününüz uğurlu olsun əziz dostlar, hörmətli KİV nümayəndələri, xanımlar və cənablar. Ötən gün mənə çox sayda telefon zəngləri, eləcədə KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub. Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzürlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm.

 

Bəli, təqaüdə çıxmaq üçün “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” əmr imzalanıb və şəxsi heyətə elan edildi. Bununla əlaqədər rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar.

 

Əlbəttə, Tanrıya şükürlər olsun ki, qismət oldu xidmətimi başa vurub təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı, hətta ailə üzvlərimin belə nəzarətində olması bir daha DİN-nin əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimi qarşımda bir vəzifə olduğunu təsdiq etdi.

 

Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, istefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm.

 

Əlavə olaraq qeyd edim ki, bu xidməti məndən sonra da əməkdaşlardan polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimayyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcək.

Əvvəlcədən hər kəsə minnətdarlığımı bildirirəm və əlavə suallarınızı cavablandırmağa hazıram”.

 

 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...