Dəhşətli kadrlar: Balaca qız mahnı oxudu, sonra... - VİDEO + 21
22:06 / 23.08.2016
2303
"Anamı da sevirəm, atamı da sevirəm, onların mənə sevgisini də bilirəm".
5 yaşlı qız evindəki divanda oturaraq mahnı oxuyur, anası da onun ifasını smartfonla çəkir.
Lakin balacanın ifası yarımçıq qalır.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, olay Suriyanın Hələb şəhərində yaşanıb. 5 yaşlı Aliya mahnı oxuyarkən qəflətən onların küçəsində bombardman başlanıb. Anası dərhal Aliyanı da götürərək zirzəmiyə enib.
Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunların bombardman etdikləri Hələbdə Aliya təki yüz minlərlə uşaq var və onlar hər an ölüm təhlükəsi ilə üz-üzədir.