Nə yemək yeyə bilir, nə də yeriyə bilir - AĞAC ADAMA ÇEVRİLİR - FOTOLAR
21:57 / 23.08.2016
5112
7 yaşlı Ripon Sarker çox nadir görülən "Epidermodysplasia Verruciformis" xəstəliyi səbəbindən nə yemək yeyə, nə də yeriyə bilir.
Sfera.az xəbər verir ki, Ripon bu xəstəlik səbəbindən sanki ağac adama çevirilir.
Ailəsi kiçik oğullarının müalicə xərclərini qarşılayacaq gücləri olmadığı üçün onu ilk dəfə bu ay xəstəxanaya aparıb.
Qeyd edək ki, avqustun 20-də xəstəxanaya yerləşdirilən kiçik Riponun müalicəsi mövzusunda həkimlər olduqca ümidlidir.
Həkimlər uşağın əl və ayaq barmaqlarının hərəkət etdirə bildiyi üçün əməliyyatla bu xəstəliyə son qoya biləcəklərini bildiriblər.
Cərrah Doktor Samanda Lal Sen Riponun bədənindəki ziyilin bütün bədəninə yayılmadığı üçün bir neçə əməliyyatla bunun qarşısını almağın mümkün olacağını deyib.
Sfera.az //
Aytac Salahova
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.