“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya
"Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaşın açıqlamaları müzakirələrə səbəb olub.
Sfera.az bildirir ki, aparıcının verilişdəki çıxışı zamanı, “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”, fikirləri sosial şəbəkədə səs-küy yaradıb. Aparıcının son paylaşımına bu istiqamətdə gələn şərhlər birmənalı olmayıb.
İzləyicilər “Ayağın suyunu gündə neçə dəfə içmək lazımdır, Lalə xanım?”, “Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu”, “Bu fikriniz heç düzgün deyil”, “Sizə böyük hörmətim olsa da, çox xanımları alçaldırsınız”, “Məsləhət verəndə birinci özünə, ailənə, yaxın çevrəndə olan qadınlara bax, sonra bunu et. Sən də qız anasısan, bəyənərsən, övladın bunu etsə?”, “Heç sizdən gözləməzdim” və s. kimi cümlələrlə aparıcını qınaq obyektinə çeviriblər.
Türkan
Sfera.az