Avtomobili olanlara bəd xəbər - Mühərrik yağları bahalaşdı

Avtomobili olanlara bəd xəbər - Mühərrik yağları bahalaşdı

Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərə çarpacaq dərəcədə artım müşahidə edilir. Əvvəl 45-50 manata satılan mühərrik yağları indi 60-65 manata təkilif olunur. Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır, davam edir. 

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, mühərrik yağlarının bahalaşması dünyadakı neft qiymətləri ilə bağlıdır: 

 

“Mühərrik yağları neftdən alınan məhsuldur. Neftin qiyməti isə son bir ildə iki dəfədən çox bahalaşıb. Məlumat üçün deyə bilərəm ki, ötən ilin sonlarına doğru artan neft qiymətləri bu ilin əvvəlindən 100 dollar səviyyəsində qərarlaşıb. Son günlər isə yenidən artaraq 110 doları keçib. Neftin qiyməti artdığı üçün avtomatik olaraq neft məhsullarının da qiyməti artır”. 

 

Ekspertin sözlərinə görə, davam edən Rusiya-Ukrayna müharibəsi və pandemiya bir sıra problemləri də ortaya çıxarıb:

 

“Logistika da çətinləşib, yol xərcləri artıb. Rusiya-Ukrayna müharibəsi Qara dəniz daşımaçılığına ciddi təsir edib. Konteynerlərin qiymətləri çox bahalaşıb. İki il bundan qabaq icarəsi 1000 dollar olan konteynerler hazırda 4-5 dəfə baha qiymətə icarəyə verilir. Bütün bunlar nəticə etibarilə motor yağlarının da qiymətinin qalxmasına gətirib çıxarıb”.

 

N. Cəfərlinin sözlərinə görə, Azərbaycan neft ölkəsi olmasına rəğmən bu illər ərzində özünün yerli məhsullarını yarada bilməyib:

 

“Bu sahədə yerli istehsalın həcmi çox kiçikdir. Halbuki Azərbaycan nefti həm tərkibin təmizliyi, həm də keyfiyyəti baxımından bir çox ölkəni geridə qoyur. Müqayisə üçün deyə bilərəm ki, Azərbaycandan ən çox neft idxal edən ölkələr İsrail və İtaliya hazırda bu sahədə dünya liderlərindəndir. Yəni bazarın tələbatını özümüz qarşılaya bilsək, bu kimi qiymət artımlarının da qarşısını ala bilərik”. 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...