Buğda ehtiyatları tükənir: 10 həftədən sonra…

Buğda ehtiyatları tükənir: 10 həftədən sonra…

Dünyanın ən böyük kənd təsərrüfatı üzrə analiz firmalarından olan “Gro Intelligence”nin rəhbəri xanım Sara Menker dünyada 10 həftəlik istehlak üçün buğda ehtiyatının qaldığı haqqında xəbərdarlıq edib.

Sfera.az “Bloomberg”ə istinadən bildirir ki, “Gro Intelligence”nin məlumatına görə bu ehtiyat göstəricisi 2008-ci il maliyyə böhranından bəri qeydə alınan ən aşağı səviyyədir.

Bu səviyyə gözləniləndən daha pis hesab olunur. Belə ki, hökumətlər qlobal buğda ehtiyatlarının illik istehlakın 33 faizi qədərində olduğunu iddia edərkən, “Gro Intelligence”nin baş direktoru Sara Menker cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi ilə bağlı iclasda çıxış edərək, bu nisbətin əslində 20 faizə yaxın olduğunu söyləyib. Uzun müddətdir yaxınlaşan ərzaq böhranı ilə bağlı xəbərdarlıq edən Menker artan aclıq təhlükəsi qarşısında təcili tədbirlər görülməsi lazım olduğuna diqqəti yönəldib.

Şirkət rəhbərinin sözlərinə görə artan məhsul qiymətləri, quraqlıq və artan gübrə qiymətləri qarşıdakı dövrdə taxıl tədarükünü təhlükə altına ala bilər.


Vasif

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...