\"Ermənistan müxalifəti çay gəlməmiş çırmanmağa başlayıb\" - ŞƏRH

\
Ermənistanda "Müqavimət” hərəkatının koordinatorlarından biri, spikerin müavini İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Paşinyanın Qarabağ, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlamaları ilə bağlı razılaşmaları ləğv olunacaq. 
 
"Beynəlxalq tərəfdaşlarımız bundan xəbər tutsunlar. Biz demirik ki, bu hakimiyyət kənarlaşdırılandan sonra biz Azərbaycana və Türkiyəyə müharibə elan edəcəyik, ya yox. Danışıqlar aparacağıq, amma ölkəmizin maraqlarını qoruyacaq öz gündəmimiz olacaq”, - deyə Saqatelyan əlavə edib.

Maraqlıdır, Paşinyan devrilərsə, onun Qarabağa və Türkiyəyə dair nizamlama razılaşmalarının ləğv olunması nə dərəcədə realdır?
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistan müxalifəti "çay gəlməmiş çırmanmağa başlayıb" və bu, həqiqətən onların çətin durumda olduğunu göstərir:

"Məlum olduğu kimi aprel ayının 24-dən sonra Nikol Paşinyan hakimiyyətini devirmək məqsədi ilə etiraz aksiyalarına başlayan Ermənistan müxalifəti, nəinki, qarşılarına qoyduqları, yaxud Köçəryan və Sarqisyan tərəfindən onlara həvalə olunan vəzifənin öhdəsindən gələ biliblər, hətta onların uğursuzluqları Paşinyanın qüvvəsini daha da artırıb. Məhz müxalifətin kütləni meydanlara yığmaqda çətinlik çəkməsi Paşinyan komandasında onların getdikcə zəifləməsi haqqında düşüncələri möhkəmləndirdi.

Ermənistan müxalifəti mitinqlərə başladıqdan bu vaxta qədər bir neçə dəfə taktikanı dəyişdilər - avto rallilər keçirdilər, qadınları meydana topladılar, regionları mitinqə qatmaq üçün ora yürüşlər təşkil etdilər və s. Lakin bütün bu vasitələr istənilən nəticəni vermədi və onların indi də ən böyük problemi kütləni meydana çıxarmaqda acizlik çəkmələridir. Təsəvvür edin ki, mitinq və kütləvi hadisələr zamanı hər şey insan və kütlə amili ilə bağlıdır. İnsanların küçələrə tökülməsindən sonra qarşıda duran digər məsələlər - hakimiyyətin istefaya göndərilməsi, yeni seçkilərin keçirilməsi, yeni hakimiyyətin formalaşdırılması həyata keçirilməlidir. Bütün bu məsələlər baş tutandan sonra Saqatelyan Azərbaycanla müharibə aparıb aparmayacaqları məsələsinə toxuna bilər”.

Müsahibimiz bildirib ki, müxalifət liderinin bu bəyanatı da kütləni meydanlara yığmaq məqsədi daşıyır:

"Onlar elə düşünürlər ki, sadə ermənilər müxalifətin hakimiyyətə gəlməsi ilə müharibənin yenidən başlamasından çəkinir. Buna görə də əhalini sakitləşdirmək istəyirlər ki, onların məqsədi Paşinyan hökumətini devirməkdir, Azərbaycanla müharibə aparmaq yox. Fikrimcə, bu təşəbbüs də istənilən nəticəni verməyəcək. Paşinyanın apardığı siyasətə mane olacaq qüvvə hazırda Ermənistanda görünmür və xaricdən də potensial mane olanlar daha ciddi beynəlxalq məsələlərlə məşğuldurlar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bazar gününə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeo...

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?” - Polkovniklə işçisi yeyintini bölə bilməyiblər + FOTO

Müdafiə Nazirliyində 143 milyonluq korrupsiya cinayəti ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.   Sfera.az “Qafqazinfo”ya istinadən x...

Bu xəstəxananın direktoru işdən çıxarıldı - FOTO

TƏBİB-in "Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, TƏBİB s...

Fəzail Ağamalı: "Əsas ilkin və ciddi addımlar atıldı" - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 23 fevral tarixli iclasında Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının çıxışı diqqət çəki...

"Dərmanla müalicəsi yoxdur, mütləq əməliyyat lazımdır" – Uşaqlarda yaranan bu problemlə bağlı XƏBƏRDARLIQ 

Uşaq cərrahiyyəsində tez-tez rast gəlinən hallardan biri qasıq yırtığıdır. Bu, valideynləri ən çox narahat edən problemlərdən sayılır.   ...

Sabir Rüstəmxanlı ilə Ziya Məmmədovun qohumluğu bitir

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının oğlu boşanır.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ...