Millət vəkili həbs olundu – Təcavüzdə günahlandırılır…

Millət vəkili həbs olundu – Təcavüzdə günahlandırılır…
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının adı açıqlanmayan deputatı zorlama və cinsi təcavüzdə şübhəli bilinərək həbs edilib.
 
Sfera.az xarici KİV-ə istinadən bildirir ki, London Metropoliten Polis Xidməti partiyadan bir nəfərin 2002-2009-cu illər arasındakı ittihamlara görə həbsdə olduğunu təsdiqləyib. 

Deputat etimaddan və dövlət vəzifəsindən sui-istifadədə də ittiham olunur. Polis sözçüsü sözügedən şəxsin kimliyini açıqlamayıb, onun millət vəkili olub-olmamasını təsdiqləməyib. İdarə Heyətinin sözçüsü də istintaq yekunlaşana qədər əlavə şərh verməyəcəklərini bildirib. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR