“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA
"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin olunması böyük önəm kəsb edir. Bu təyinat ölkədə aparılan kadr islahatlarının motivlərinə tam uyğundur”. 
 
Sfera.az xəbər verir ki, bu sözləri Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 2018-ci ildə Milli Məclisdə yenidən prezident seçilməsi ilə bağlı inauqurasiya nitqində ölkədə struktur və kadr islahatlarının aparılacağını söyləmişdi:

"Bundan sonra biz mühüm icra strukturlarında yüksək postlara gənc kadrların təyinat almasının şahidi olduq. Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması da bizi çox sevindirdi. Biz də gənc nəslin nümayəndəsiyik. Gənclər sahəsində fəaliyyət göstəririk. Hesab edirəm ki, Fərid Hacıyevə göstərilən bu etimad eyni zamanda ölkənin gənclərinə göstərilən etimaddır. Fərid Hacıyev gənc kadr olmasına baxmayaraq, onun bu məsuliyyətli işin öhdəsindən gələcəyinə inanırıq”. 
 
Millət vəkili Nigar Arpadarai isə bu təyinatın idarəçiliyə yeni ruh gətirəcəyini düşündüyünü bildirib:

"Hər şeydən öncə onu qeyd edərdim ki, Milli Məclisin apparat rəhbəri vəzifəsini uzun illər icra edən Səfa müəllim Parlamentin institusional quruculuğuna ciddi tövhə vermiş bir şəxsdir, bu sahədə uzun illər xidmət edən bir şəxsdir. Onunla qısa zaman işləməyimə baxmayaraq, hər zaman dəstəyini hiss etmişəm. Və onun xidmətləri danılmazdır. Səfa müəllimə can sağlığı arzu etmək istərdim. Fərid müəllimi təyinatı münasibətilə təbrik edirəm, bu məsuliyyətli işdə ona uğur arzu edirəm. Təbii ki, gənclərin cəlb olunması, müxtəlif qurumlarda vəzifələrə təyin olunması çox yaxşı bir haldır. Gənclər yeni zamanın tələblərini hiss edir və işlərində tətbiq edir, prosesə yeni nəfəs gətirirlər. Bu isə çox önəmlidir. İnanıram ki, idarəçiliyə gətirilən yeni nəsil köhnə nəslin təcrübəsindən də bəhrələnərək böyük müvəffəqiyyətlərə imza atacaq. Fərid müəllimə uğur arzu edirəm, onun gənc kadr olmasına baxmayaraq, onun bu məsuliyyətli işin öhdəsindən gələcəyinə inanırıq".

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...