Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI
İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günəbaxan və qarğıdalı yağı, siqaret xammalı, heyvan yemləri, ət və ət məhsulları, tikinti materiallarının istehsalı üçün xammalların və s. malların təchizatında çətinlik müşahidə olunur.

Azərbaycan da özünə lazım olan bir sıra malları Ukraynadan idxal edir. Qara dəniz limanlarında yaranan vəziyyət həmin malların ölkəmizə çatdırılmasını problemə çevirib.

Sfera.az xatırladır ki, buna görə Azərbaycanda tütün xammalı ilə təminatda çətinliklər var. Bu hal bəzi siqaret markaları üzrə satışa verilən malların miqdarının azalmasına səbəb olub.

Bəs, Ukraynada problemin yaranması daha hansı mallar üzrə təminatda problem yarada bilər?

Bunu müəyyənləşdirmək üçün mal növləri üzrə idxalda Ukraynanın payına diqqət yetirmək lazımdır.

Azərbaycan ötən il Ukraynadan 470 milyon dollar dəyərində idxal həyata keçirib. Statistik məlumatların təhlillərdən aydın olur ki, ölkəmizə dondurulmuş şəkildə idxal edilən toyuq əti və əlavələrinin çox hissəsi Ukraynadan gətirilir. 2021-ci ildə 22,07 min tonluq idxalın 18,4 min tonu Ukraynanın payına düşüb.
 
Qoz idxalında da Ukraynanın payı böyükdür. Ötən il xaricdən alınan 2 415 ton qabıqlı qozun 1 160 tonu Ukraynadan alınıb. Qabığı təmizlənən 1 966 ton qozun isə 1 640 tonu Ukraynadan gətirilib.

Diri buynuzlu heyvanların 29 faizi (21 min baş), iribuynuzlu heyvan ətinin 71 faizi (7 min ton), kərə yağının 24 faizi (4 min ton) Ukraynadan alınıb.
Azərbaycan Ukraynadan böyük miqdarda soya paxlalıları alır. Bir ildə ölkəmizə 33 min ton soya paxlalısı gətirilib. Bunun təxminən 18 min tonu Ukraynanın payına düşür.

Digər məhsullardan emal olunmuş tütünün (4,5 min ton) demək olar ki, hamısı, abidə və tikinti üçün digər daşların (5,85 min ton) 5,3 min tonu, minik avtomobilləri, yük avtomobilləri və avtobuslar üçün rezin kameraların (84,1 min ədəd) 68,7 min ədədi, emal olunmuş daşların (21,5 min ton) 17 min tonu Ukraynadan idxal edilib.  

Bu məlumatlar göstərir ki, Ukraynadan idxal fiziki cəhətdən mümkün olmadıqda ölkəmizin bir sıra qida məhsulları, tütün məmulatları, bəzi tikinti materialları ilə təminatında sıxıntı yaşanacaq.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...