“KTMT “süni nəfəs aparatına” qoşulub\" - NATO ilə əməkdaşlıq arzusuna REAKSİYA

“KTMT “süni nəfəs aparatına” qoşulub\
Dünən Rusiyanın paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib, yekun bəyanat səsləndirilib.

Sfera.az-ın məlumatına görə, bu barədə danışan politoloq Elçin Mirzəbəyli sözügedən qurumun öz ömrünü başa vurduğunu və bunu yekun bəyanatın təsdiq etdiyini deyib:

"KTMT, zənnimcə artıq "süni nəfəs aparatına” qoşulub. Yekun bəyanatda yer alan əsas detallar da bunu sübuta yetirir. Belə ki, bəyanatda Avrasiya regionunda "davamlı sülhün əldə edilməsi”nin vacibliyi və KTMT-nin Avratlantik Alyansla praktiki əməkdaşlığa hazır olduğu vurğulanır. Burada diqqət çəkən bir vacib məqam var: Rəsmi Moskva "gərginliyin azaldılması” ilə bağlı özünün deyə bilmədiklərini KTMT-nin vasitəsilə ifadə edir. Bu, dolayısıyla Rusiyanın gərginliyə davam gətirmədiyinin, NATO ilə, hələlik bəlli olmayan şərtlər, yaxud güzəştlər çərçivəsində, praktiki əməkdaşlığa hazır olduğunun etirafıdır”.

Ekspert NATO-nun KTMT-ni tərəf kimi qəbul etmədiyini vurğulayıb:

"Öz üzvləri tərəfindən hər kəlməbaşı ciddiliyi şübhə altına alınan bir təşkilatı hansı səbəblərdən tərəf saysınlar ki? KTMT-nin "zirvə toplantısı”nın görünən tərəfinə gözucu nəzər salmaq yetərlidir ki, üzvlərin zorla bir araya gətirildiyini, öz dediklərinə özlərinin belə inanmadığını müəyyənləşdirə biləsən. Yekun bəyanatda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı bircə kəlmə də yer almayıb, Moskvaya dilucu dəstək belə ifadə olunmayıb. Sadəcə KTMT üzvlərinin "nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə” qarşı birgə dayanacaqları bildirilib. Həm də nasizmi qəhrəmanlaşdıranların iştirakı ilə... Hər kəsə bəllidir ki, nasizmi qəhrəmanlaşdıranların başında ermənilər və onların baş naziri Nikol Paşinyan dayanır”.

Xatırladaq ki, bazar ertəsi Moskvada KTMT ölkələri liderlərinin yubiley sammiti keçirilib. KTMT ölkələrinin liderləri qitədə gərginliyin azaldılmasını vacib hesab edib, NATO ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər. "Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu təsdiqləyirik”, - deyə sənəddə bildirilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Maykl Ceksonun arvadı: "O mənə bunu deyəndə şoka düşdüm"

Müğənni Liza Mari Presli Maykl Ceksonun Las-Veqasa səfəri zamanı ona sevgisini etiraf etdiyini deyib.   Sfera.az xəbər verir ki, Rlvis Preslinin qızı...

Nadir Pokemon kartı hərraca çıxarılacaq

Pikachu Illustrator” 39 Pokemon kartından biridir. 1998-ci ildə “CoroCoro Comics” tərəfindən təşkil edilən rəsm müsabiqəsinin qalibi olub. ...

Çox açıq-saçıq paltar geyindikləri üçün təyyarədən qovuldular - FOTOLAR

34 yaşlı Tereza Araujo ad gününü qeyd etmək üçün rəfiqəsi Tara ilə Los-Ancelesdən Nyu Orleana (ABŞ) uçmaq istəyib. “Spirit Airlines” ekipaj üzvləri ...

Palçığın içindən tapdığı daş minlərlə dollar dəyərində çıxdı - FOTO

Qeyri-adi daşlar tapmağa həvəsi olan Patrk Gundersen Avstraliya çölünü gəzərkən, palçıq yığınının içində gizlənmiş qeyri-asi kristal tapıb. O, kəşfi haqqında &l...

4 milyon dollarlıq fırıldaq - İnsanları gəncliklərinə qaytaracaqlarına inandırıblar

Rajeev Kumar Dubey və həyat yoldaşı Raşmi Dubey bəşər tarixində ən inanılmaz fırıldaqlardan birinə imza atıblar. Cütlük fırıldaqlarının qurbanı olan insanlardan...

Zığ dairəsi-Hava Limanı yolu yanlış xətlənib?

Zığ dairəsi-Hava Limanı yolunun düzgün xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.   Sfera.az-ın məlumatına görə, bu barədə ta...