Bu ölkənin baş naziri elan etdi: \"Bir günlük neftimiz qalıb\"

Bu ölkənin baş naziri elan etdi: \
Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.
 
Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və iqtisadi vəziyyətin təhlükəli hala gəldiyini ifadə edən Vikremesinqe, "Neft ehtiyatımız bitdi. Hazırda yalnız bir günlük neft ehtiyatımız var", - deyib. 

Ölkənin yaxın günlərdə daha pis şərtlərlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edən baş nazir, həmçinin Şri Lanka Hava Yollarının özəlləşdirilməsinin lazım olduğunu vurğulayıb və ölkə iqtisadiyyatındakı qeyri-sabitlikdən danışıb: "Maaşları və əsas ehtiyacları ödəmək üçün pul çap etməliyik”.

Qeyd edək ki, martın 31-də nümayişçilərin prezident Qotabaya Rajapaksanın şəxsi iqamətgahına hücumundan sonra paytaxt Kolomboda komendant saatı elan edilib. Qadağa bir həftə sonra Buddanın doğum günü ilə əlaqədar qaldırılıb. 

Maddi sıxıntı içində olan Şri-Lanka xalqı prezident və baş nazir Rajapaksa qardaşlarını günahlandıraraq, onları istefaya çağırıb.

Mayın 9-da isə baş nazirlik binası ətrafına toplaşan nümayişçilərlə hökumət tərəfdarları arasında toqquşma baş verib və paytaxt Kolomboda hərbi birliklər çağırılıb. Hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsin güllələnməsini əmr edib. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...