Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA

Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA
Rusiya prezidenti Vladimir Putin haqqında yeni iddia irəli sürülüb.
 
Sfera.az bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni izləyən ekspertlər Putinin hadisəni həddən artıq fərdiləşdirdiyini vurğulayıblar. 
Qərb hərbi mənbələrinə görə, Vladimir savaşa o qədər daxil olub ki, o, "polkovnik və ya briqada generalı” səviyyəsində operativ və taktiki qərarlar qəbul edir. Buna sübut olaraq isə Rusiya liderinin ötən həftə Ukraynanın şərqindəki strateji çayı keçməyə cəhd edərkən məğlubiyyətə uğrayan Donbassda qüvvələrin hərəkətini müəyyən etməsi göstərilib.

Mənbələr əlavə edib ki, ötən həftə işdən çıxarıldığına dair iddiaların əksinə olaraq, Putin hələ də Rusiya silahlı qüvvələrinin komandanı, general Valeri Gerasimovla sıx əməkdaşlıq edir. "Putin və Gerasimovun adətən bir polkovnik və ya briqada tərəfindən qəbul edilməsini gözlədiyimiz səviyyədə taktiki qərarların qəbulunda iştirak etdiklərini düşünürük”, - deyən hərbi ekspertlər Rusiya ordusunun bəzi taktiki hərəkətlərinin Putin tərəfindən müəyyən edildiyi ilə razılaşıblar.

Keçmiş Britaniya ordusu briqada generalı və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun quru müharibəsi üzrə eksperti Ben Barri deyib: 
"Hökumət başçısının hərbi qərarlar verməkdən daha yaxşı işləri olmalıdır. Gündəlik fəaliyyətlərdə ilişib qalmaqdansa, siyasi strategiyanı müəyyən etməlidirlər”.

Xatırladaq ki, son 24 saat ərzində Rusiya qüvvələri Ukraynanın şərqindəki Donbass bölgəsindəki cəbhə mövqelərini bombalayıb. Luqansk vilayətinin qubernatoru Serhiy Haydai dünən verdiyi açıqlamada həftə sonu Rusiya hava qüvvələrinin şəhərdəki xəstəxanaya endirdiyi zərbələr nəticəsində biri uşaq olmaqla, iki nəfərin öldüyünü  və doqquz nəfərin yaralandığını bildirib. Ukraynanın Donbassda müdafiə qüvvələrinin daha geniş mühasirəyə alınmasını başa çatdırmaq cəhdi uğursuzluqla nəticələndiyindən, müharibədən əvvəl 100 min əhalisi olan sənaye şəhəri Severodonetskə ruslar yavaş və davamlı hücuma başlayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...