Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?
Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün sonra gözlənilən addımı atıb.
 
Sfera.az bildirir ki, Makron istefa ərizəsini təqdim edən Baş nazir Jan Kasteksin yerinə əmək naziri Elizabet Bornu təyin edib. Beləliklə, 61 yaşlı Born 1991-1992-ci illərdə sözügedən vəzifəni icra etmiş Edit Kressondan sonra Fransanın ikinci qadın baş naziri olub.

Məlumata görə, 2017-ci ildən nazirlikdə çalışan Elizabet əmək naziri olana qədər həm də nəqliyyat naziri və ətraf mühitin mühafizəsi naziri vəzifələrində çalışıb. Texnokratik xüsusiyyətləri siyasi profilindən üstün olan Born sol təmayüllüdür. Edit Kresson isə, "Qadın olduğu üçün deyil, fövqəladə bir insan olduğu üçün çox uyğun bir seçimdir" deyərək, bu təyinata reaksiya verib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...