Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

20:32 / 14.05.2022
2454
Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.
Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.
İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Aydın oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.
Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.