Abşeronda silsilə tədbirlər keçirildi - FOTOLAR

Abşeronda silsilə tədbirlər keçirildi - FOTOLAR
Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Heydərov Qadir Ədalət oğlunun 24-cü doğum günü qeyd edilib.

Sfera.az xəbər verir ki, bu münasibətlə Abşeron rayonunda silsilə tədbirlər keçirilib.

Tədbirdə şəhid Qadir Heydərovun atası Ədalət Heydərov çıxış edərək, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkmiş və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü ifadə edib.

Daha sonra Mehdiabad qəsəbəsindəki "Mərasim evi”ndə şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

***

Mayın 13-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri ilə birgə şəhid Heydərov Qadir Ədalət oğlunun doğum günü ilə əlaqədar onun məzarını ziyarət etmiş, Xatirə Kompleksi ilə tanış olublar.
Daha sonra RİH başçısı Abdin Fərzəliyev şəhid Heydərov Qadir Ədalət oğlunun əvvəllər yaşadığı evə gədərək onun ailə üzvləri ilə görüşmüş, onların problermləri və qayğıları ilə maraqlanıb.

***

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid mayor pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gederək onun qızının doğum günündə iştirak edib. RİH başçısı şəhid övladını ad günü münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd edib.

***

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarıl ilə "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən, Vətən Müharibəsi şəhidi Mehdiyev İsmayıl David oğlunun anası Natəvan Mehdiyeva ilə görüş keçirilib. Abşeron RİH-nin inzibati binasında baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev şəhid ailəsinin problemləri və qayğıları ilə maraqlanıb. Şəhid anası Natəvan Mehdiyeva hazırda Xırdalan şəhərində yaşadıqlarını, əslən Zəngilandan olduğu üçün şəhid ailəsi kimi Zəngilan Rayon İcra Hakimiyyətində mənzil növbəsinə durduğunu bildirərək yaşayış şəraitinin ağır olmasını nəzərə alaraq mənzil verilməsinin tezləşdirilməsində, o cümlədən şəhid ailəsi kimi aldıqları müavinətin keçmiş həyat yoldaşı ilə aralarında bölüşdürülməsində haqsızlıq olduğunu qeyd edərək bu məsələlərdə köməklik göstərilməsini xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Fatmayı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.

İştirakçılar əvvəlcə Fatmayı kəndində Şəhidlər Abidəsini ziyarət etmiş, ölkəmizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini anıb.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Vətən Müharibəsində qazanılan zəfərdən, respublikamızdakı ictimai-siyasi sabitlikdən, həmçinin ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq qeyd edib ki, yerlərdə müşahidə edilən problemlər dərindən araşdırılır və həlli istiqamətində layihələr hazırlanır.

***

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Sakinlər rayon işlə təmin olunmaqda, şəhidlərin adını daşıyan küçələrə baralyeflərin vurulmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...