Ukrayna yardım üçün Türkiyəyə üz tutdu – “Rusiyanın vasitəçiliyi ilə…”

Ukrayna yardım üçün Türkiyəyə üz tutdu – “Rusiyanın vasitəçiliyi ilə…”
"Türkiyə Rusiyanın mühasirəsində olan Azovstal Dəmir-Polad Zavodunda əsgərlərin xilas edilməsində vasitəçi rolunu oynayacaq".

Sfera.az xəbər verir ki bunu Ukrayna baş nazirinin qaçqınlar üzrə müavini İrina Vereşçuk bildirib. 

O, Türkiyənin Rusiya ilə vasitəçi olacağını qeyd edib:

"Türkiyə dəmir-polad fabrikində qalmağa davam edən minə yaxın əsgərimiz üçün Rusiya tərəfi ilə vasitəçi olmağa razılaşıb. Ukrayna zavoddan təkcə yaralı əsgərləri deyil, bütün ordu heyətini təhlükəsiz şəkildə təxliyə etməyə çalışır. Türkiyənin vasitəçiliyi ilə biz Azovstaldakı əsgərlərimizin müqabilində əsir götürülmüş rus əsgərlərini Rusiya tərəfi ilə dəyişməyə hazırıq”. 

Xatırladaq ki, ötən həftə BMT-nin baş katibi Antonio Quterreş və Beynəlxalq Qırmızı Xaç təşkilatı Mariupol şəhərində Rusiya qüvvələri tərəfindən dağıdılan Azovstal fabrikinə sığınan mülki əhalinin xilas edilməsi üçün humanitar dəhliz açıb. 5-7 may tarixləri arasında həyata keçirilən təxliyə nəticəsində 400 mülki vətəndaşın həyatını xilas etmək mümkün olub.

Əzizə Zeynal 



 

OXŞAR XƏBƏRLƏR

Ukrayna hərbçiləri Kurskda vuruşan Şimali Koreya əsgərini ƏSİR GÖTÜRDÜLƏR

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində yaralı Şimali Koreya əsgərini əsir götürüblər.   Sfera.az xəbər verir ki, bu barədə “Yonhap&rdqu...

Hindistanda 7 günlük matəm elan edildi

Hindistan hakimiyyəti ölkənin keçmiş Baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.   Sfera.az xəbər verir ki, bu barədə C...

Baş Prokurorluğun əməkdaşları Qroznıya ezam olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya...

Nikaraqua rəhbərliyi İlham Əliyevə başsağlığı verdi

Nikaraquanın Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyoda Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.   Sfera.az&...

Xarici aviadaşıyıcılar Rusiyaya uçuşlardan imtina edir

Aktauda AZAL (Azərbaycan Hava Yolları) təyyarəsinin qəzaya uğramasından sonra daha bir aviaşirkət - Qazaxıstanın “Qazaq Air” şirkəti Rusiyaya uçuşla...

Bütün sübutlara obyektiv qiymət veriləcəyi şübhə DOĞURMAMALIDIR

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri hər birimizi sar...