Tamaşaçılar "Avroviziya"nın münsiflər heyətini saxtakarlıqda ittiham etdilər

Maqazin
10:10 / 14.05.2022
1863
Tamaşaçılar İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin münsiflər heyətini tənqid ediblər.
Dinləyicilərin fikrincə, müsabiqənin yarımfinal nəticələri saxtalaşdırılıb. Onlar Latviya və Albaniya nümayəndələrinə verilən səslərin yenidən hesablanmasını tələb ediblər. "Avroviziya" təşkilatçıları korrupsiyada da ittiham olunublar.
Bundan əlavə, tamaşaçılar hakimin qərarına yenidən baxılmayacağı təqdirdə yarışın finalını boykot etməyə çağırıblar.