Pensiyaya çıxacaq şəxslərin DİQQƏTİNƏ! Bu ildən belə olacaq - VİDEO

Pensiyaya çıxacaq şəxslərin DİQQƏTİNƏ! Bu ildən belə olacaq - VİDEO
Pensiyalarla bağlı yeni qaydalar müəyyənləşib. Milli Məclisin iclasında "əmək pensiyaları", "sosial müavinətlər", "onkoloji yardım" və "dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul edilib. Bildirilib ki,  dəyişikliklərin hamısı vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradır. Plenar iclasda dərman qiymətlərinin baha olmasından, vətəndaşlara özləri üçün xaricdən dərman gətirmələrinə şərait yaradılmasından da danışılıb.
 
Ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Beş və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcəklər. Onkoloji və skleroz xəstələrinin pensiya almaq hüququ da olacaq. Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq.
 
Bütün bunlar "Əmək pensiyaları", "Sosial müavinətlər", "Onkoloji yardım" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara edilən dəyişikliklərlə mümkün olub. Milli Məclisin bugünkü plenar iclasında təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul olunub. 
 
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya yaşının azaldılması, eləcə də səsləndirilən digər təkliflərə münasibət bildirib. 

Millət vəkili Fəzail Ağamalı isə "Silahlı qüvvələrin pensiya təminatı haqqında" qanunun hazırlanması təklifi ilə çıxış edib. Deputat "Qarabağ müharibəsi veteranlarına verilən müavinətin az olduğunu dilə gətirib.
 
Millət vəkili Rəşad Mahmudov isə dərmanların yüksək qiymətə satılmasına diqqət çəkib. 
 
Deputat Siyavuş Novruzov isə insanların özləri üçün dərman gətirməsinə icazə verilməsi təklif edilib. "Dərmanlar çox bahadır. İnsanların özləri üçün gətirdikləri dərmanların gömrükdən keçirmələrinə icazə verməliyik",- deyə millət vəkili vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...