Peskovdan Putin-Zelenski görüşü barədə AÇIQLAMA
Media
15:34 / 13.05.2022
1170
Kremlin sözçüsü Dmitriy Peskov Putin-Zelenski görüşü barədə yeni açıqlama verib.
Sfera.az bildirir ki, o, Rusiyanın bu görüşün əleyhinə olmadığını deyib. "Lakin bu görüşün hazırlıqsız baş tutması mümkün deyil”, - deyə Peskov əlavə edib.
Kreml rəsmisi Rusiyanın Ukraynaya hücumları zamanı tutulan və dinc sakinləri öldürmək ittihamı ilə həbs edilən rus əsgərinin bu gün mühakimə olunma məsələsinə də toxunub:
"Təəssüf ki, nə bu işdən, nə də başqa hallardan xəbərim yoxdur. Bunun nə dərəcədə doğru olduğunu da bilmirəm. Rusiya prezidenti fabrik ərazisində olan mülki vətəndaşların istədikləri yerdən gedə biləcəyini deyib. Zavoddakı əsgərlər ərazidən ayrılandan sonra bütün lazımi tibbi yardım göstəriləcək".
Moldovanın Rusiya qazı üçün Moskvaya ödəniş etməməsi ilə bağlı iki ölkə arasında yaranan fikir ayrılığına diqqət çəkən Peskov, "Mallar çatdırılarsa, ödəniş edilməlidir. Bu mövzuda danışıqlar Qazprom vasitəsilə aparılır. Ancaq borclar mütəmadi olaraq artmamalıdır. Təfərrüatları "Qazprom”dan öyrənmək olar. Bunun arxasında heç bir siyasi səbəb yoxdur”, deyə söyləyib.
Günay Rəsulqızı
Sfera.az