İşdən çıxarılan Tahir Əmiraslanovdan AÇIQLAMA
Media
14:06 / 13.05.2022
2032
Milli Kulinariya Mərkəzinin keçmiş baş direktoru Tahir Əmiraslanov teleaparıcı Orxan Fikrətoğlunun onu əvəz etməsi ilə bağlı məsələyə münasibət bildirib.
Sfera.az-ın məlumatına görə, Əmiraslanov qeyd edib ki, Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Dövlət Turizm Agentliyinin nəzdindədir:
"Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm - bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. Orxan Fikrətoğlunu çoxdan tanıyıram, aramızda salam var. Ona yeni işində uğur arzulayıram”.
T.Əmiraslanov Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında əməkdaşlıq haqqında daimi müqavilənin olduğunu xatırladıb:
"Müqaviləyə heç bir tərəf xitam verməyib, əməkdaşlıq davam edir. Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik. Başqa jurnalist yozmalarına inanmayın”.
Qeyd edək ki, teleaparıcı Orxan Fikrətoğlunun mərkəzə rəhbər təyin edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, əksəriyyət təyinatın düzgün olmadığını vurğulayıb.
Günay Rəsulqızı