Rusların ən çox getdiyi şəhərlər - Siyahıda Bakı da var

Rusların ən çox getdiyi şəhərlər - Siyahıda Bakı da var
Xaricə səyahət edən turistlər üçün ən populyar hava marşrutunun istiqamətləri müəyyənləşib.

Sfera.az xəbər verir ki, bu barədə "Tutu.ru” məlumat yayıb.

Məlumata görə, Moskvadan İrəvan, İstanbul, Bakı, Daşkənd və Oşa uçuşlar daha çox maraq doğurur. Xaricə uçanların təxminən beş faizi Ermənistanın paytaxtına, sərnişinlərin üç faizindən bir qədər çoxu İstanbul və Bakıya gedir.

Həmçinin səyahətçilər Antalya, Bişkek, Düşənbə, Təl-Əviv və Kişinyovu da tez-tez seçirlər
 

OXŞAR XƏBƏRLƏR