"Rusiya ilə NATO arasında nüvə müharibəsi ehtimalı artır" - AÇIQLAMA

"Ukraynanın silahla təmin edilməsi NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalını artırır, nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”. 
 
Bunu dünən Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev deyib.

Maraqlıdır, Rusiya ilə NATO arasında açıq müharibə başlaya bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun dünən Qərbə xəbərdarlıq etdiyi nəzərə alınmalıdır:

"O deyib ki, Ukraynadakı hərbi əməliyyatlara müdaxiləyə cəhd edən tərəflərə sərt cavab veriləcək. İndiyə kimi oxşar açıqlamalar dəfələrlə verilib. Məgər Kreml Qərbin Ukraynaya dəstəyindən xəbərsizdir? Əlbəttə, yox. Elə isə niyə dediklərini indiyədək əməldə göstərmir?! Bu ritorik sual onu deməyə əsas verir ki, Rusiya rəsmilərinin, o cümlədən Medvedevin açıqlaması reallıqdan daha çox blefdir. Kreml heç bir halda alyansla toqquşmaya getməz. Bu, onsuz da durumu yaxşı olmayan Rusiyanın məhvi olmaqla yanaşı, həm də bəşəriyyət üçün ciddi təhdiddir”.

Müsahibimizin sözlərinə görə, NATO-nun Rusiyanı bilərəkdən potensial toqquşmaya çəkmək ehtimalı da var:

"Çünki alyans Kremli zəiflətmək, onu idarəolunan hala gətirmək istəyir. Ukraynada hələlik məqsədinə çatmadığını görən Qərb Rusiyanın durumunu bir az da ağırlaşdırmaq məqsədilə Kremli təhrik edə bilər. Hərçənd yaxın gələcək üçün bu da ağlabatan görünmür. Çünki bu halda, Qərbin Rusiyanı zəiflətmək ambisiyası ağır nəticələrə səbəb ola bilər. Bu mənada hələlik Rusiya ilə NATO arasında açıq qarşıdurma və Medvedevin dediyi kimi, nüvə müharibəsi gözlənilmir. Amma getdikcə bu ehtimal artır. Daha bir maraqlı məqam budur ki, Rusiya rəsmilərinin nüvə savaşına dair söylədikləri arasında ziddiyyət müşahidə olunur. Görünür, artıq daxili siyasi elitada parçalanma var və bu, tədricən daha da güclənəcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bütün sübutlara obyektiv qiymət veriləcəyi şübhə DOĞURMAMALIDIR

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri hər birimizi sar...

AZAL-ın təyyarəsi Bakı hava məkanından çıxmadan qayıtdı - RƏSMİ

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan ...

İlan ili hansı bürclərə şans və uğur gətirəcək? - PROQNOZ

2025-ci il İlan ilidir. Çin astrologiyasına görə, İlan ağıllılıq, strateji düşüncə və çeviklik simvoludur.   Sfera.az 2025-ci ildə hansı bü...

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.   ...

Qroznı hava limanı sərnişinlər üçün BAĞLANDI - “Xalça” planı tətbiq edildi

Dekabrın 27-də Qroznı şəhərinin “Severnı” Beynəlxalq Hava Limanında “Xalça” planı tətbiq edilib.   Sfera.az xəbər verir ki, ...

İxracdan əldə olunan daha 139 milyon manat ÖLKƏYƏ QAYTARILDI - RƏSMİ

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan daha 139 milyon manat pul vəsaitlərinin ölkəyə qaytarılması təmin edilib.   Bu barədə Sfera.az...