Daha bir ölkədə qadınlara menstruasiya məzuniyyəti veriləcək

Daha bir ölkədə qadınlara menstruasiya məzuniyyəti veriləcək
İspaniya parlamenti menstruasiya zamanı şiddətli ağrıları olan qadınlara işə çıxmama icazəsi verən qanun layihəsi üzərində işləyir.
 
Sfera.az bildirir ki,  qanun layihəsinə görə, qadınlar ayda üç gün, bəzi hallarda isə beş gün istirahət edə biləcəklər. Qanun üzərində işləyən siyasətçilər onun hələ tam yekunlaşmadığını deyiblər. Qeyd olunub ki, qanun layihəsi qüvvəyə minərsə, Avropanın bir ölkəsində ilk dəfə olaraq  "menstruasiya məzuniyyəti” qanuni olaraq təmin ediləcək.

Qanun layihəsinə görə, aybaşı məzuniyyəti almaq istəyən qadınlar həkim rəyi almalı olacaqlar. Yüngül menstruasiya əlamətləri olan qadınların isə bu məzuniyyətdən yararlanması isə mümkün olmayacaq. Sözügedən layihəyə tampon, bez və s. kimi gigiyena məhsullarından verginin tutulmaması, hətta məktəb və həbsxana kimi yerlərdə bu məhsulların pulsuz paylanmasını da əhatə edir. 

Qanun layihəsi doğuşa görə təyin edilən ödənişli məzuniyyət müddətini uzadır. 

Parlamentin gündəliyinə çıxarılan reproduktiv sağlamlıq islahatı ilə bağlı qanun layihəsində abortla bağlı tənzimləmələr də yer alıb. Qanun layihəsi, həmçinin 16 və 17 yaşlı gənclərin abort üçün ailələrindən icazə istəməsi tələbini də aradan qaldırır. Amma güclü katolik ənənəsi olduğu üçün ölkədə həkimlərə vicdani səbəblərlə abortdan imtina etmək hüququ da verilir. 

Layihənin gələn həftə Nazirlər Kabinetinə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiya, Tayvan, İndoneziya, Cənubi Koreya və Zambiyada qadınlara menstruasiya dövrünə görə xəstəlik məzuniyyəti hüququ verilir.
 
Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ukrayna hərbçiləri Kurskda vuruşan Şimali Koreya əsgərini ƏSİR GÖTÜRDÜLƏR

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində yaralı Şimali Koreya əsgərini əsir götürüblər.   Sfera.az xəbər verir ki, bu barədə “Yonhap&rdqu...

Hindistanda 7 günlük matəm elan edildi

Hindistan hakimiyyəti ölkənin keçmiş Baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.   Sfera.az xəbər verir ki, bu barədə C...

Baş Prokurorluğun əməkdaşları Qroznıya ezam olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya...

Nikaraqua rəhbərliyi İlham Əliyevə başsağlığı verdi

Nikaraquanın Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyoda Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.   Sfera.az&...

Xarici aviadaşıyıcılar Rusiyaya uçuşlardan imtina edir

Aktauda AZAL (Azərbaycan Hava Yolları) təyyarəsinin qəzaya uğramasından sonra daha bir aviaşirkət - Qazaxıstanın “Qazaq Air” şirkəti Rusiyaya uçuşla...

Bütün sübutlara obyektiv qiymət veriləcəyi şübhə DOĞURMAMALIDIR

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri hər birimizi sar...