MÜHÜM QƏRAR: BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi

23:15 / 12.05.2022
2081
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının təşkil etdiyi Ukrayna Xüsusi Sessiyasının sonunda Rusiyanın hücumları nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin daha dərindən araşdırılması üçün qətnamənin mətni səsə qoyulub.
Sfera.az xəbər verir ki, qərara 2 nəfər əleyhinə, 33 nəfər leyhinə səs verib, 12 nəfər isə bitərəf qalıb.
Ukrayna üzrə yaradılmış müstəqil beynəlxalq istintaq komissiyasının paytaxt Kiyev, Çerniqov və Xarkov vilayətlərində insan haqları pozuntularına toxunan və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edən qətnamə mətnində mühasirəyə alınmış Mariupolda atəşkəs prosesinin ləng getməsi və evakuasiya ilə bağlı narahatlıq ifadə olunub.