Koronavirusdan sağalanlara pis xəbər: Bu problemlərdən əziyyət çəkəcəksiniz…
16:06 / 12.05.2022
1324
Dünya Uhanda ortaya çıxan və qısa zamanda qlobal pandemiyaya səbəb olan koronavirusla vidalaşmağa hazırlaşarkən elm adamlarından geniş müzakirələrə yol açan xəbərdarlıq gəlib.
Alimlər koronavirusa yoluxmuş insanlarda uzun müddət müşahidə olunan 4 əsas simptomu müəyyən ediblər.
Araşdırma çərçivəsində 1 200 xəstəni müayinə edən elm adamlarının müəyyən etdiyi 4 əlamət aşağıdakılardır:
Yorğunluq və ya əzələ zəifliyi
Yuxu problemi
Ağrı
Narahatlıq və ya depressiya
Yorğunluq və ya əzələ zəifliyi yoluxanların 31 faizində aşkarlanaraq ən böyük problemlərdən birinə çevrilib. Yoluxmadan sonra yatmaqda çətinlik çəkdiyini ifadə edənlərin nisbəti isə 14 faizdir.
"The Lancet Respiratory Medicine”də dərc edilən araşdırmaya görə, sözügedən simptomların bəzi insanlarda 2 ildən sonra da görünməyə davam etdiyi müəyyən edilib.
Digər tərəfdən, Miçiqan Universitetinin tədqiqatçılarının son araşdırması göstərir ki, dünyada milyonlarla insanda uzunmüddətli COVID-19 simptomları müşahidə edilir.
Əzizə Zeynal
Sfera.az