Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? – SİYAHI

Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? – SİYAHI
Yay fəslinə yaxınlaşdıqca istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı çoxalır. Kirayə mənzillərə tələbat isə daha çox Bakı kəndləri və bölgələr üzrə olur. 

Maraqlıdır, bu il kirayə bağ evlərinə üstünlük hansı ərazilər üzrə yüksəkdir? Bağ evlərinin günlük və aylıq kirayə haqqı hansı məbləğlər aralığındadır?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev paytaxt ərazisindəki bağ evlərinin aylıq kirayəsinin minimum 500 manat olduğunu bildirib:

"Əvvəlki illərə baxsaq, pandemiyadan öncə bağ evlərini almaq və yaxud kirayələmək müraciət edənlər çox idi. Kirayə üçün müraciət təqribən iyul ayından başlayaraq avqustun sonunadək davam edirdi. Pandemiya dönəmində bağ evlərinə tələbatın artması ilə qiymətlərdə də ciddi yüksəliş oldu. Bunun səbəblərindən biri də sərt karantin rejimi, evə qapanma idi. 

Paytaxt ərazisində bağ evlərinin aylıq kirayə qiyməti 500 manatdan başlayır və 10 000 manatadək dəyişir. Təbii olaraq qiymət artdıqca evin şəraiti, məkanın sahəsi də dəyişir. Həmin bağ evləri gündəlik kirayəyə də verilir. Belə evlərin bir günlük qiyməti 80-100 manatdan başlayır və 300-400 manatadək yüksələ bilir”. 

Ekspert bölgələr üzrə kirayə bağ evlərinin qiymətlərini də açıqlayıb:

"Artıq uzun müddətdir ki, daxili turizmin inkişafı nəticəsində bölgələrdə də bağ evlərinə tələbat həddindən artıq çoxalıb. Bu, həm də bölgələrdə bağ evlərinin və torpaq sahələrinin satışında, kirayələnməsində irəliləyiş yaradıb və kirayələrin yüksəlməsinə səbəb olub. 

Bölgələrdə bağ evlərinin bir günlük kirayəsi 50 manatdan başlayır və 200-250 manatadək arta bilir. Bu, daha çox Quba-Qusar, Qax-Balakən zonasında, Qəbələ, Nabran və Şəkidə belə olur. Yay aylarında istirahət üçün kirayə mənzil götürmək istəyənlər artıq paytaxtdan imtina edirlər. Ona görə ki, paytaxtda sıxlıq həddindən çoxdur və yaşıllıq ərazi azdır. Başqa bir tərəfdən, Xəzər dənizinin böyük hissəsi hasarlandığı üçün insanlar Bakıda bağ evi kirayələmək istəmirlər. Bölgələrdə isə müxtəlif ərazilərdə bağ evi kirayələməklə insanlar həm istirahət etmiş, həm də müxtəlif guşələri gəzmiş olurlar”. 

Əmlak eksperti işğaldan azad olunan ərazilərdə də turizm potensialını yüksək qiymətləndirərək bu istiqamətlər üzrə kirayə bağ evi tələbatının artacağını deyib:

"Düşünürəm ki, gələcəkdə işğaldan azad olunan ərazilərdə tikinti-bərpa işləri tamamlandıqdan, təmizləmə işləri görüldükdən sonra vətəndaşlarımız yay ayları üçün kirayə bağ evi seçimini həmin ərazilərdən edəcəklər. Həmin ərazilərin təbiəti digər bölgələrdən fərqli olduğu üçün düşünürəm ki, qarşıdakı zaman ərzində orada istirahət etmək üçün kirayə ev tələbatı artacaq”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...