Tural Abbaslı bu rayonun icra başçısını ifşa etdi: Şəhid anasını 3 saat qapısında gözlədib və... – VİDEO

Tural Abbaslı bu rayonun icra başçısını ifşa etdi: Şəhid anasını 3 saat qapısında gözlədib və... – VİDEO
AĞ Partiya sədri Tural Abbaslı canlı yayım zamanı Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidovun şəhid ailəsini qəbul etmədiyini bildirib.
 
Sfera.az xəbər verir ki, T.Abbaslı veriliş zamanı 2020-ci il oktyabr ayında şəhid olan Neftçala rayon sakini olmuş Məhəmməd Kərimlinin anasının səs yazısını yayımlayıb. Şəhidin anası səsyazısında adıçəkilən icra başçısının qəbuluna getdiyini, lakin 3 saat gözləməyinə baxmayaraq, başçı tərəfindən qəbul olunmadığını bildirib. 

Qadın maddi vəziyyətlərinin çox pis olduğunu, həyat yoldaşının isə xəstəlik səbəbi ilə işləmədiyini qeyd edib. Bundan başqa ailənin himayəsində körpə uşaq da var və ərzaq almağa belə imkanları yoxdur.

Tural Abbaslı bildirib ki, İkinci Qarabağ savaşında 6 medal qazanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş şəhidin valideyninə qarşı bu cür sayğısızlıq və etinasız yanaşma isə qəbuledilməzdir. 

Ətraflı videoya keçid edərək izləyə bilərsiniz:



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Fulya Öztürkün də qatıldığı azərbaycanlı aparıcının toyundan GÖRÜNTÜLƏR - VİDEO

Aparıcı Aysel Fərziyevanın toyu olub. Sfera.az xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ilə a...

Ukrayna müdafiə nazirliyi açıqlama YAYDI

Ukrayna ordusu Donbasda Rusiya silahlı qüvvələrinin 7 hücumunu dəf edib.   Sfera.az-ın  xəbərinə görə, bu barədə Ukrayna Silahlı qüvvələrin...

Bayraktardan Bakı paylaşımı: “Həyəcan keçirdim”

“Gənc qardaşlarımın innovativ ideyalarını dinləyərkən həyəcan və qürur hiss etdim”.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin &ldqu...

Atıcılıq üzrə Dünya Kubokunda ilk final mərhələsi başa çatdı - FOTOLAR

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.   Sfera.az  xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda se...

Sabahın hava proqnozu AÇIQLANDI

Mayın 30-a olan hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımad...

“Evdə yad kişi ətrini hiss etdim” – Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Bakının Binəqədi rayonunda 1952-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində arvadı Arzunu (adlar şərti verilib – red.) qətlə yetirib.   ...