BAKIDA ŞOK HADİSƏ: Kişi arvadı ilə qayınanasını girov saxladı

BAKIDA ŞOK HADİSƏ: Kişi arvadı ilə qayınanasını girov saxladı
Bakıda kürəkən  qaynanasına və həyat yoldaşına qarşı cinayət törədib. O, bıçaqla yaşadığı ünvanda qaynanasını və arvadını hədələyib girov saxlayırmış. Polisin müdaxiləsi ilə hər iki şəxs xilas edilib.
 
Onun bu cinayəti törətməsinə səbəb nə olub?. 
 
Kişi həyat yoldaşını və qaynanasını girov saxlayıb. Hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində baş verib. 
 
Məlumata görə, 51 yaşlı Aygün Rəşidova 102-i xidmətinə məlumat verib ki, Türkiyə vətəndaşı olan kürəkəni 39 yaşlı Cüneyt Mehmet sözügedən ərazidə çoxmərtəbəli binanın 6-cı mərtəbəsində onu və qızı 29 yaşlı Aysun Məmmədlini bıçaqla hədələyib evdən çıxmağa qoymur.

Bu zaman Cüneyt Mehmet bıçaqla özünə xəsarət yetirməyə cəhd göstərsə də, əməliyyatçılar bunun qarşısını alıblar. Həmin şəxsin bıçaqla hədələyib evdə girov saxladığı həyat yoldaşı, Aysun Məmmədli və qaynanası Aygün Rəşidova xilas ediliblər.
 
Məlumata görə, Cüneyt Mehmet hadisəni ailə münaqişəsi zəmində törədib.
 
Faktla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR