Azərbaycanda dəhşətli statistika: İki gündə səkkiz nəfər özünü öldürdü

Azərbaycanda dəhşətli statistika: İki gündə səkkiz nəfər özünü öldürdü
Azərbaycanda mayın 10-nu və 11-də 8 intihar hadisəsi olub. Onlardan 6-sı özünü asıb, 2-si isə digər üsullarla həyatlarına qəsd edib.

Lent.az-ın ədə etdiyi məlumata görə, Göygöl rayon sakini 39 yaşlı Xaliq İsmayılov yaşadığı Üçtəpə kəndindəki evinin həyətində, Beyləqan rayon sakini 38 yaşlı Hüseyn Həşimov yaşadığı Günəşli qəsəbəsindəki evində, İsmayıllı rayon sakini 61 yaşlı Ağasəf Səlimov yaşadığı evin həyətində, Lerik rayon sakini 22 yaşlı Elnarə Ağalızadə Çayrud kəndindəki evinin həyətində, Beyləqan rayon sakini 57 yaşlı Natiq Mirzəyev yaşadığı evin həyətindəki yardımçı tikilidə, Ağstafada Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Tərlan Əlizadə yaşadığı xidməti binada özlərini asaraq, həyatlarına son qoyublar.

Həmçinin mayın 10-nu Xırdalan şəhər sakini 47 yaşlı Hüseyn Pərişani küçədə boğazını kəsərək özünü öldürüb.

Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 30 yaşlı Alimə Cavadova yaşadığı binadan özünü atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
İntihar hadisələrinin dəqiq səbəbləri məlum deyil.

Hər bir fakt üzrə rayon prokurorluqlarında araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...