Xankəndidə ATIŞMA - General dörd separatçıya ATƏŞ AÇDI

Xankəndidə ATIŞMA - General dörd separatçıya ATƏŞ AÇDI
Xankəndidə separatçılar arasında atışma olub.
 
Sfera.az xəbər verir ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi müvəqqəti məsuliyyət zonasında güllələnmə hadisəsi baş verib.

General Samvel Karapetyan (Oqanovski) Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb. Hadisə bu gün yerli vaxtla saat 19:10-da baş verib.

Hadisə yerinə baxış keçirilir. Təfərrüatlar araşdırılır. Hələlik itkilər barədə məlumat verilmir.
 
Xatırladaq ki, Oqanovski 2008-ci il martın 1-də İrəvanın mərkəzində insanların güllələnməsi əməliyyatına da rəhbərlik edib./Konkret.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1