İnanılmaz olay: Küçənin ortasında dünyaya gətirdiyi körpəni torbaya qoyub atdı - FOTO

İnanılmaz olay: Küçənin ortasında dünyaya gətirdiyi körpəni torbaya qoyub atdı - FOTO
Türkiyədə iannılmaz hadisə baş verib.
 
Sfera.az bildirir ki, qadın körpəsini plastik torbaya qoyaraq qaçıb. Hadisə Şanlıurfanın Siverek rayonunda baş verib. Belə ki, gecə saatlarında məhəllənin qaranlıq küçəsinə gələn hamilə qadın təkbaşına uşaq dünyaya gətirib. Daha sonra körpəsini çantaya qoyan ana hadisə yerini tərk edib.

Qaranlıq küçədə körpənin ağladığını eşidən məhəllə sakinləri vəziyyətlə bağlı polisə və 112 Təcili Yardıma xəbər verib. Qısa müddətdə körpə Siverek Dövlət Xəstəxanasının yeni doğulmuş şöbəsinə aparılıb və burada nəzarətə götürülüb. Uşağın səhhətinin yaxşı olduğunu deyən polis, onu dünyaya gətirib küçəyə atan ananı tapmaq üçün araşdırmalara başlayıb.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...