Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

15:59 / 09.05.2022
1667
Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib.
Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkətinin rəhbəri Məmmədpaşa Axundov Afrikada vəfat edib.
O, sözügedən ölkədə "Toyota" markalı avtomobildə qəzaya düşərək həyatını itirib.
Məlumata görə, M.Axundov sürücünün yanındakı oturacaqda aldığı xəsarətlərdən vəfat edib.