Məşhur xanım müğənni səhnədə yıxıldı - Xəstəxanaya yerləşdirildi (VİDEO)

Məşhur xanım müğənni səhnədə yıxıldı - Xəstəxanaya yerləşdirildi (VİDEO)
Türkiyəli müğənni Gülben Ergen səhnədə yıxılıb.

Sfera.az Haberglobal-a istinadən xəbər verir ki, ifaçı "Düzcespor”un çempionluq şənliyində səhnəyə çıxıb. Qəflətən ayağı büdrəyən Ergen yerə yıxılıb və huşunu itirib. Ətrafdakıların köməyi ilə müğənni özünə gəlib və qısa müddət sonra səhnəyə çıxıb.

Ancaq Gülben Ergenin halı  yenidən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Müğənninin konserti ləğv edilib.


OXŞAR XƏBƏRLƏR