"Friends"in məşhur aktyoru vəfat etdi - Ölüm səbəbi...

Media
15:19 / 07.05.2022
900
90-cı illərin məşhur "Friends” serialında rol alan Mayk Hagerti vəfat edib.
Sfera.az bildirir ki, 67 yaşlı aktyorun ölüm səbəbi hələ bəlli olmayıb. Aktyorun "Somebody Somewhere” filmindəki baş rol yoldaşı Bridget Everett sosial şəbəkədəki paylaşımında, "Maykla tanış olduğum anda ona aşiq oldum. O, çox xüsusi insan olub, istiqanlı və gülməli idi”, - deyə qeyd edib.
Paylaşıma şərh yazan "Sex and the City" serialının ulduzu Sarah Cesika Parker də aktyorun ölümünü dəhşətli itki adlandırıb və ardınca "Onun üçün çox darıxacağam", - deyib.
Qeyd edək ki, "Friends” serialında aktyorun Reyçeli (Cennifer Eniston) ağlatdığı və Coiyə (Matt LeBlanka) vals çalmağı öyrətdiyi hissələr ən yaddaqalan səhnələrdəndir.
Türkan
Sfera.az