Cazibədar aktrisadan Conni Depplə bağlı qandondurucu iddia: "Mənə vodka şüşəsi ilə təcavüz edib"

Cazibədar aktrisadan Conni Depplə bağlı qandondurucu iddia:
Məşhur aktyor Conni Depp ilə həyat yoldaşı Amber Hard arasında məhkəmə çəkişməsi davam edir.
 
Sfera.az bildirir ki, bu dəfə Conni Deppin keçmiş həyat yoldaşı Amber Hörd ifadə verib. O, şiddətə məruz qaldığını iddia edərək, təəccüblü açıqlamalar verib. "Akvamen” və "Danimarkalı qız” filmlərindəki rolları ilə tanınan Hörd, Connini vodka şüşəsi ilə ona təcavüz etməkdə günahlandırıb.

"Məni boynumdan tutdu, başımı divara vurdu, qapı arxasında yatmalı oldum. Şüşəni yerdə sındırdı, üzümü kəsməklə hədələdi. Daha sonra Depp üzərimə çıxdı və nəfəs ala bilmədim. Təzyiqi qasıq sümüyümdə hiss etdim. İçimdəki şüşənin qırılıb-qırılmadığını bilmədiyim üçün hərəkət etməyə qorxdum”, - deyə Amber əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR