Bu ölkə Rus işğalına qarşı \"yeni dünya\" qurub: Yer altında uşaq bağçaları, hovuzlar... - FOTOLAR

Bu ölkə Rus işğalına qarşı \
Finlandiya Rusiyanın mümkün işğalına hazırlaşmağa başlayıb.
 
Sfera.az bildirir ki, bu barədə "Daily Telegraph” qəzetində yazı dərc olunub. Belə ki, Britaniya nəşri sözügedən ölkənin nüvə bunkerlərini araşdırıb. Paytaxt Helsinkidə bir sığınacağı ziyarət edən media qurumu, burada uşaq oyun meydançaları, hovuzlar və istirahət yerlərinin olduğunu bildirib. 

Qeyd olunub ki, Rusiya ilə 1300 kilometr quru sərhədi olan Finlandiya mümkün işğala qarşı hazır vəziyyətdədir. Məlumata görə, təxminən 5,5 milyon əhalisi olan ölkənin 54 min fərqli nöqtəsində yerləşən sığınacaqlar 4,4 milyon insanı qəbul etmək gücünə malikdir. Yalnız 650 min əhalisi olan paytaxt Helsinki şəhərində 900 min nəfər tutumlu 5500 sığınacaq var. Ölkə qanunlarına əsasən, 1200 kvadratmetrdən çox olan bütün binalarda sığınacaqların olması məcburidir.

Finlandiya hökuməti, həmçinin 44 hərbi bunker inşa edib. Sülh dövründə ictimai məkan kimi xidmət edən bu məkanlar 72 saat ərzində tam işlək sığınacaqlara çevrilmək üçün nəzərdə tutulub. Bunkerlər nüvə, bioloji və kimyəvi hücumlara da davamlıdır. 

Helsinkidə sığınacaq kimi inşa edilən "Hakaniemi” İdman Mərkəzinə səfəri zamanı britaniyalı jurnalistlərə məlumat verən mülki müdafiə üzrə təlimçi Tomi Rask sığınacaqların təkcə təhlükəsizlik üçün deyil, həm də humanitar şəraiti təmin etmək məqsədilə tikildiyini deyib. Yerin 25 metr dərinliyində yerləşən idman mərkəzində minlərlə çarpayılıq və humanitar ləvazimatlar olan anbarlar, hava filtrasiya sistemləri var. İnsanları həftələrlə, hətta aylarla sığınacaqda saxlamaq üçün kifayət qədər qida və su təchizatı sistemi mövcuddur.

Finlandiyada hər ay açıq hava siqnalları sınaqdan keçirilsə də, müharibə vəziyyətində mülki şəxslərin sığınacaqlara göndərilməsi üçün də prosedurlar var. Mümkün bir hücumda, sığınacaqlara spirt gətirməyin qadağan olduğu bildirilib. 

Tomi Rask söyləyib ki, mobil telefondan istifadənin məhdud olduğu sığınacaqlarda qalmaq sağ qalma şansını artırır.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...