Canana qaynanası Mətanət İsgəndərli ilə BARIŞDI - FOTO

"Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamiylə itirə bilərdim.

Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir- duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyütmayimizə xeyir-dua verdi".

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədə hesabında yazıb. 

Qaynanasından üzr istədiyini söyləyən Canana, artıq məhkəməyə ehtiyac qalmadığını vurğulayıb.

"Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan.

Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların isə Allah cəzasını versin".

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Onların üç uşağı əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb. 
 
"Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamiylə itirə bilərdim.

Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir- duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyütmayimizə xeyir-dua verdi".

Gundem.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədə hesabında yazıb. 

Qaynanasından üzr istədiyini söyləyən Canana, artıq məhkəməyə ehtiyac qalmadığını vurğulayıb.

"Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan.

Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların isə Allah cəzasını versin".

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Onların üç uşağı əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb. 

Bizim Media/
 
OXŞAR XƏBƏRLƏR