Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA
Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şəxslərdə müəyyən qidalanma vərdişləri də yarada bilir.
 
Oruc olan şəxslərin Ramazan ayından sonra sağlamlıq üçün hansı şəkildə qidalanmalı olduğu isə maraq doğuran məsələlərdən biridir. 
 
Mövzu ilə bağlı Sfera.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova orucluq sonrası axşam yeməyini yatmazdan əvvəl yeməyin daha uyğun olduğunu bildirib:
 

 
"Orqanizmin birdən-birə saat dəyişikliyinə öyrənməsi üçün axşam yeməklərini 3-4 gün ərzində yarım saat fərqlə qəbul etmək lazımdır. Bu günlər ərzində yatmazdan 4-5 saat əvvələdək axşam yeməyini yemək olar. Ramazan zamanı insanlar uzun müddət ac qaldığı üçün xəmirli, paxlalı qioalar qəbul edirdisə, hazırda bu qidaları azaltmalıdır. Gün ərzində xüsusilə axşam saatlarında tərəvəzli qidalara daha çox yer vermək lazımdır ki, lifli qidalar bağırsaqların işləməsini təmin etsin. Eyni zamanda mütləq şəkildə səhər yeməyi yeyilməlidir. Axşam yeməyindən sonra yürüş etmək maddələr mübadiləsi üçün xeyirli olar”. 

Mütəxəssis Ramazan sonrası su qəbulunun da önəmli olduğunu diqqətə çatdırıb:

"Ramazan ayında susuzluqdan əziyyət çəkməmək üçün insanlar yağlı qidalardan, turşulardan çox istifadə edə bilmir. Orucluq sonrası dərhal həmin qidaları qəbul edən şəxslərdə həzm sistemində problemlər yarana bildiyi üçün bu qidaları tezliklə qəbul etməmək lazımdır. Digər əsas məsələlərdən biri meyvə-tərəvəz qəbul etməkdir. Gün ərzində maye qəbul etməyə də diqqət yetirmək lazımdır. Maye qəbulu artıq çəkili olmayan insanlarda hər kq üçün 30 ml təşkil etməlidir. Bu miqdarı 1-2 fincan artırmaq olar. Bu şəkildə qidalanma orucluq sonrası sağlamlığın bərpasına faydalı ola bilər və artıq çəki alınmasının qarşısını da alar”. 

Əzizə Zeynal 
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

"iPhone" həvəskarlarına ÜZÜCÜ XƏBƏR: Bu modelin istehsalı dayandırıldı

"Apple"in çinli tərəfdaşları bölgədəki koronavirus məhdudiyyətlərinə görə "iPhone 14" istehsal cədvəlindən geri qalırlar.    ...

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.   Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov...

İşsiz olan şəxslərə MÜHÜM XƏBƏR - İşaxtaranların təxminən 80 faizi... VİDEO

"İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev  belə d...

Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki,  indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu ...

Bakı Kiyevə neçə milyonluq yardım edib? - XİN

Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyan...

Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq

30 aprel və 1 mayda keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahalarının nəticələri yaxın 2 gün ərzində elan olunacaq.   Sfer...